Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsində yolu keçən 1956-cı il təvəllüdlü Axundova Rəna Mirzəli qızını minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Polis hadisənin təfərrüatını araşdırır. (report)