Dekabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Unikal.org-a verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə Bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.