Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları təltif ediliblər.

Qeyd edək ki, təlltif edilənlər arasında polkovnik Həmidov Şükür Nəriman oğlu da var. O, ölümündən sonra “Zəfər” ordeninə layiq görülüb. Ş. Həmidov 2016-cı il aprel döyüşlərindən  sonra Prezidentin sərəncamı ilə "Milli Qəhrəman" adı ilə təltif edilib.