Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrinə yeni komandir təyin olunub.
Unikal.org-un məlumatına görə, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev polkovnik Haqverdi Dadaşovu Xüsusi Təyinatlı Qüvvələrin komandiri təyin edib.
Qeyd edək ki, H. Dadaşov bu gün Prezident İlham Əliyevin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. 

O, Şuşa şəhərinin işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.

Orxan Həsənli