Rusiyada koronavirus əleyhinə növbəti vaksin nümunəsinin istehsalı yekunlaşıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, "EpiVakKorona" adlanan bu vaksin Novosibirskdəki "Vektor" tibbi araşdırmalar mərkəzi tərəfindən hazırlanıb. Bu, Rusiyanın istehsal etdiyi ikinci vaksindir. Bu vaksinin mülki dövriyyəsi təmin olunub və istifadəyə açıqdır.

Qeyd edək ki, Rusiyanın ilk istehsal etdiyi COVID-19 vaksini "Sputnik-V" adlanır.