Oğuz sakini özünə bıçaqla xəsarət yetirib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Ərmənət kəndində baş verib.

Kənd sakini 1981-ci il təvəllüdlü Ceyhun İlham oğlu Nurəddinov ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirib. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.