Ermənistanda etiraz aksiyası zamanı insident yaşanıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, İrəvandakı "Fransa Meydanı"nda bu gün keçirilən mitinq zamanı polis etirazçılara zor tətbiq edib. Nəticədə aksiyaçılardan birinin halı pisləşib və yerə sərilib. Daha sonra kütlənin qəzəbindən qorxan polislər onun yanına yaxınlaşıb və kömək etdiklərini göstərməyə çalışıblar. Ətrafdakılar polislərin üstünə qışqırmağa başlayıb. Xəsarət almış aksiyaçının sonrakı taleyi məlum deyil.

Qeyd edək ki, sözügedən etiraz aksiyası da baş nazir Paşinyanın istefası tələbi ilə keçirilirdi. Etiraz aksiyasının aparıcılarından biri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan olub.