"İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq müvafiq işçi qrupları yaradılıb".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür", - o vurğulayıb.