Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  bir sıra  şəhər və rayon icra başçılarının tutduqları vəzifədən azad edilməsi barəsində sərəncan imzalayıb.  

Unikal.org  xəbər verir ki,  sərəncama əsasən, Göygöl, İmişli, Kürdəmir, Cəlilabad və Bakı şəhər Nizami rayon İcra başçıları vəzifələrindən kənarlaşdırılıblar. 

Bildirək ki, həmin şəxlərdən Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov və  Cəlilabad rayon icra başçısı Namiq Zeynalov həbs edilib.

Ağsu rayon icra başçısı  Vahid Tağıyev isə 2020-ci il noyabrın 26–da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, hazırda  Cəlilabad, Ağsu, Göygöl, Kürdəmir və Nizami rayon icra başçısı vəzifəsinə təyinat yoxdur. 

Gülayə Mecid