Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının koordinasiyalı şəkildə keçirdikləri hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

“Terror ilə mübarizəmiz aktiv və qətiyyətli şəkildə davam edəcək”, - nazirlik vurğulayıb.