Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki,, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

Onun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.