Onlayn alış-verişlərin qızğın çağında Kartmane sahibi olmaq üçün əsl vaxtdır. Çünki qarşıdan gələn 2021-ci il münasibətilə Kartmane əldə edən hər kəs 21 keşbek balı qazanacaq. 

Unikal.org xəbər verir ki, bunun üçün Kartmane debet və ya Kartmane kredit kartı sifariş edərkən kartın pulsuz əldə edilməsi üçün tələb olunan minimum ilkin mədaxili etmək kifayətdir. Bakı və Sumqayıt filiallarından əldə olunan Kartmane kartı üçün minimum mədaxil 250 AZN/USD/EUR, region filialları üzrə isə 100 AZN/USD/EUR təşkil edir. 

Sahiblərini həm ölkədaxili, həm də ölkə xaricində üstünlüklərlə yaşadan Kartmane kartında keşbek hesablama sistemi çox sadədir: 1 bal 1 AZN deməkdir. Bu keşbek ballarını isə Rabita Mobile tətbiqi ilə növbəti ayın ilk 7 iş günü ərzində kart balansına yükləmək mümkündür. Siz də hər alış-verişdə qazanmaq üçün Kartmanelilərin sırasına qoşulun. Kartmane əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Bankın rəsmi saytından (https://rbt.az/kartmane-kart), Rabita Mobile tətbiqindən və ya Rabitabot çatbotu ilə messencer və teleqram üzərindən Kartmaneni onlayn sifariş edə bilərsiniz. Kartın ünvana çatdırılması pulsuzdur!

14 dekabrdan start götürəcək kampaniya 13 yanvaradək davam edəcək. Kampaniyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Rabitəbankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.