Çinin "Sinopharm" şirkəti 2021-ci ildə 1 milyard dozalıq vaksin istehsalını planlaşdırır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmiləri məlumat veriblər. Bildirilib ki, yeni zavod inşa edilir. Həmin zavod istifadəyə verildikdən sonra bu hədəfə çatmaq mümkün olacaq.

Çində istehsal olunan üç vaksin nümunəsindən biri olan "Sinopharm"ın vaksinləri ən irəli mərhələdədir. Test edilmə və sınaqlar da uğurla başa çatılıb. Bu mərhələdə Çinlə yanaşı, BƏƏ, Bəhreyn, İordaniya, Mərakeş, Peru və Argentinadan da könüllülər iştirak edib. Yan təsirlər ortaya çıxmayıb.