Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Həsənli Seymur Qələndər oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

DİN-dən Unikal.org-a verilən məlumata görə, 27 yaşlı S.Həsənli Yevlax şəhərinin Nurallar kəndində anadan olub. O, noyabrın 7-si Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.