Gürcüstanda ötən sutkada koronavirusa 2 345 yeni yoluxma faktı təsdiqlənib, 3 560 nəfər sağalıb, 51 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 214 871 nəfər yoluxub ki, onların da 191 968-i sağalıb, 2 233-ü isə dünyasını dəyişib.