Rusiyada son sutka ərzində koronavirusa 27 250 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 933 753 nəfərə çatıb.

Rusiyada son sutkada 549 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 52 461 nəfərdir. İndiyədək 2 343 967 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.