Bir çox ölkədə ən vacib valyuta mənbəyindən biri olan turizm sektoru, 2020-ci ildə koronavirus səbəbindən ciddi itkilər verdi. 

Unikal.org xəbər verir ki, Dünya Turizm Təşkilatının 17 dekabr tarixində yayımladığı hesabata görə, koronavirus kölgəsində keçən 2020-ci ilin 10 ayında dünya səviyyəsində turist itkisinin yüzdə 72-ə çatdığını və 1990-cı illərə yəni 30 il əvvəlki səviyyəyə düşdüyü qeyd edilib.  

Belə ki, Dünya Turizm Təşkilatı beynəlxalq turizm səyahətlərini 2 və ya 4 ilə yenidən fəaliyyətlərini bərpa edə biləcəklərini söyləyib.