Liviyada BMT tərəfindən tanınmış mərkəzi hökumətin üsyançı qüvvələrdən təmizlədiyi Terhune şəhərində yeni toplu məzarlar ortaya çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, general Xəlifə Həftər qüvvələrinin nəzarətində olmuş bu şəhərdə əvvəllər mövcud olmayan toplu məzarlıqlar tapılıb. Mərkəzi hökumət qüvvələri araşdırmalar aparır. Bu məzarların Həftərin qurduğu cinayətkar rejimin qətlə yetirdiyi yüzlərlə şəxsə aid olduğu deyilir.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Mərkəzi hökumət Həftərin nəzarətində olan bölgələrdə hər yeni yaşayış məntəqəsini azad etdikdən sonra orada kütləvi dəfnlər həyata keçirilmiş toplu məzarlıqlar aşkar edilir.