Ermənistanın Gorus icmasının rəhbəri, bir müddət əvvəl həbs edilmiş mer Aruş Aruşanyan hakimiyyətin ünvanına ağır ittihamlar səsləndirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Gorus meri Nikol Paşinyan hakimiyyətinin ölkə əhalisinin təhlükəsizliyi barədə narahatlıq duymadığını, hakimiyyətin belə bir problemi olmadığını söyləyib.

"Vətəndaşların təhlükəsizliyi problemi Paşinyan hakimiyyətini düşündürmür. İnsanların həyatına təhlükə yaranıb. Bunu anlamaq lazımdır. Onlar ancaq öz hakimiyyətlərini qorumaq haqqında düşünürlər", - deyə Aruş Aruşanyan əlavə edib.