Misir hökuməti COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə paytaxt Qahirə və digər şəhərlərdə Yeni il şənliklərini qadağan edib.

Unikal.org  xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Mədbuli bildirib.

O bildirib ki, hazırda ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı artmaqdadır. Bu səbəbdən Yeni il ərəfəsində insanların bir yerə toplaşmasının qarşısını almaq məqsədilə şənliklərin keçirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, indiyədək Misirdə 127 min nəfər virusa yoluxub, 7 mindən çox insan dünyasını dəyişib.