Dünyada 2 milyarddan çox şəxs tərəfindən yüklənən mesajlaşma tətbiqi "WhatsApp"ın bəzi smartfonlarda işləməyəcəyi məlum olub.

Unikal.org xəbər verir ki, "WhatsApp" yenilənmiş səhifəsində iOS 9-dan aşağı versiyaları olan "iPhone" istifadəçilərinin artıq "WhatsApp" istifadə edə bilməyəcəyini bildirib. Başqa sözlə, yalnız iOS 9 və daha yuxarı əməliyyat sisteminə sahib istifadəçilər "WhatsApp" işlətməyə davam edəcəklər.

Android 4.0.3-dən əvvəlki versiyaları olan telefonlar isə təəssüf ki, "WhatsApp"dan məhrum olacaqlar.

Bu qərarın verilməsində əsas səbəb təhlükəsizlik tədbirləri ilə bağlıdır. Çünki tətbiqlər istifadəçi məlumatlarının oğurlanmasının qarşısını almaq üçün yenilənirlər. Köhnə model telefonlarda isə bu yeniləmələr olmur. Buna görə də "Whatsapp" belə demək mümkünsə, təhlükəsizlik yeniləmələri ala bilməyən telefonlarda istifadəni məhdudlaşdırır.

"WhatsApp"ın 2021-ci ildən etibarən istifadə oluna bilməyəcəyi Android telefonlar aşağıdakılardır:

HTC Desire, LG Optimus Black, Motorola Droid Razr və Samsung Galaxy S2.

Bu tip iOS cihazlara isə "iPhone 4" daxildir. Bununla yanaşı, istifadəçilər iPhone 4S, 5, 5S, 5C, 6 phone kimi telefon modellərini iOS 9-a yenilədikləri təqdirdə "WhatsApp" işlədə biləcəklər