Türkiyənin TRT kanalının istəyi ilə AzTV ilə ortaq layihə olaraq uşaq televiziyasının yaradılması nəzərdə tutulur və hazırda uşaq televiziyasının yaradılması üçün iş gedir.

Unikal.org xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov illik onlayn mətbuat konfransında deyib.R.Məmmədov qeyd edib ki, bu, qısa müddətə ərsəyə gələn iş deyil:

“Bunun üçün həm hazırlıq, həm də heyət lazımdır. Nəzərə almaq lazımdır ki, uşaq televiziyası ən çox maliyyə tələb edən sahədir. Cizgi filminin 1 dəqiqəsi üçün 1500 manat tələb edilir”.

Sədr deyib ki, xaricdən hazır məhsul alınması da mümkündür:

“Amma həmin cizgi filmlərində millilik olmayacaq. Bizim istəyimiz həmin cizgi filmlərində milliliyin olmasıdır”.

Famil Fərhadoğlu