La Liqanın 15-ci turunda "Qranada" ilə matçda zədələnən "Real"ın futbolçusu Rodriqo Qoesin son durumu müəyyənləşib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Marca" nəşri 19 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, Rodriqo bu mövsüm La Liqada 11 oyunda 4 qolun ötürməsini verib.