ABŞ-da partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Neşvill şəhərinin mərkəzində baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb. Mərkəzdəki 20 binanın zərər gördüyü və dağıntılar olduğu bildirilir.

Hazırda hadisənin səbəbləri və törədənlərin kimliyi ilə bağlı təhqiqat aparılır. Araşdırmalar davam etdirilir.