Türkiyədə maraqlı hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, paytaxt Ankara şəhərində koronavirusa yoluxmuş şəxs məhəllədə qonşuları ilə halay çəkib rəqs edərkən yaxalanıb. Polislər onu yenidən evinə qaytararaq karantinə alınmasını təmin ediblər.

Polislərin niyə belə etdiyi ilə bağlı suala cavabında evdə canının sıxıldığını və əylənmək istədiyini söyləyib. Xəstənin cərimə edildiyi bildirilir.