Cənubi Asiyada ada ölkəsi olan Şri-Lankada müsəlmanlara qarşı dini ayrıseçkilik edildiyi deyilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Seylon adasında yaşayan bir qrup müsəlman fəal məsələnin BMT-də müzakirəyə çıxarılmasını və İslam Dünyasının təpki verməsini tələb edib.

Fəalların sözlərinə görə, Şri-Lankada rəsmilər müsəlman cənazələrinin dini ənənələrə uyğun şəkildə dəfn edilməsinə imkan vermir və buddist qaydası ilə ölənlərin cəsədləri yandırılır. İnsan haqları ilə bağlı Şri-Lankanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olan addımların bununla kifayətlənmədiyi bildirilir.  Sonuncu dəfə 20 günlük uşağın cəsədinin yandırılması və İslam adətlərinə uyğun şəkildə dəfninə imkan verilməməsi geniş etirazlar doğurub.

Rəsmilər isə bunun səbəbinin koronavirusun yayılmasını önləmək üçün atılan addım kimi təqdim ediblər. Yandırılan bütün müsəlman cəsədlərinin COVID-19-a yoluxmuş şəxslərə aid olduğu bildirilib. Beynəlxalq təşkilatlar hətta bu səbəblə atılmış olsa belə, addımın dini ayrıseçkilik mahiyyəti daşıdığı və insan hüquqlarını kobud şəkildə pozduğu qənaətindədirlər.