Monteneqronun (Çernoqoriya) prezidenti Milo Cuqanoviç xəstəxanaya yerləşdirilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bir neçə dəfə test edildikdən sonra koronavirus nəticəsi neqativ çıxsa da, prezidentin tənəffüsündə problemlər yaranıb.

Milo Cuqanoviç pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda Monteneqro dövlət başçısının səhhətinin stabil olduğu bildirilir.