Energetika nazirinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.

Bu barədə Unikal.org-a Nazirlikdən bildirilib.

Məlumata görə, Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.
İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.