“Florentino Peres 30 ildir Superliqa xəyalı qurur”.

Unikal.org xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

O, İspaniya “Real”ının təşəbbüskarlarından olduğu Avropa Superliqasının yaradılması ideyasına sərt reaksiya verib. Çeferin Madrid təmsilçisinin prezidenti Florentino Peresi gələcəyi düşünməməkdə günahlandırıb:

“Barselona”nın prezidenti postuna iki əsas namizəd isə “Bavariya”, “Yuventus” və İngiltərə klubları kimi bunun əleyhinədir. O yalnız bu günü, maksimum sabahı düşünür. Amma sonra nə olacağını fikirləşmir”.

Qeyd edək ki, Peres “Böyük beşlik” çempionatlarının 20 klubunun iştirakı ilə Superliqa yaradılmasını istəsə də, UEFA bunun əleyhinədir.