Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını istəyən etirazçılar yenidən  qanunverici orqanın binası önünə toplaşıblar.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar bu dəfə Paşinyan istefa verənə qədər etiraza davam edəcəklərini bəyan ediblər. Əraziyə polis qüvvələrinin cəlb olunduğu bildirilir.

Qeyd edək ki, bu gün saat 11:00-da Ermənistan parlamentinin növbədənkənar toplantısı keçiriləcək. Paşinyan tərəfdarlarını təhqir edən müxalif deputat Naira Zohrabyanın işinə baxılması nəzərdə tutulub.