Ermənistan mətbuatında Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Ermənistanın sabiq prezidenti Robert Koçaryan arasında telefon danışığı barədə məlumatlar yayılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, telefon danışığı təxminən 1 saat çəkib. Qarabağ məsələsi və iqtisadi problemlərin müzakirə mövzusu olduğu bildirilir.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təkzib etməyib.