Türkiyədə polisə atəş açan 4 cinayətkar həbs edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib. Cinayətkarlar xüsusi əməliyyatla saxlanılıblar.

Qeyd edək ki, bir müddət öncə oğruluq edərkən polis basqını ilə rastlaşan şəxslər olay yerindən qaçmağa müvəffəq olmuşdular. Onlar qaçarkən polislərə atəş açmışdılar. Hazırda saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.