Türkiyə Suriyanın şimalında PKK-ya mənsub olan daha 20 terrorçunu zərərsizləşdirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Barış Pınarı" keçirilən ərazilərdə yeni tədbirlər nəticəsində 20 terrorçu məhv edilib. Onların PKK terror təşkilatının Suriyada fəaliyət göstərən YPG qoluna mənsub olduğu bildirilir.

Bu terrorçuların təxribat cəhdləri, hücum və sızma aktları təşkil etmək istəkləri baş tutmayıb. Bu kimi əməllərin qarşısı qətiyyətlə alınıb. Suriyanın şimalında Türkiyənin bu cür antiterror tədbirlərinin davam etməsi gözlənilir.