Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 13-cü turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

“Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.