44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Ramiz Qasımov olub.

Unikal.org xəbər verir ki, Ramiz Qasımov 27 il idi ki, Vətən üçün əlindən gələni edirdi. O, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub. İyul döyüşlərində düşmənin texnikasını məhv edən pilotlardan biri idi Ramiz Qasımov. Eyni zamanda, 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında da irəli atılan ilklərdən olub.

R.Qasımov vurulmuş helikopterdən döyüş yoldaşlarını xilas etməyə də müvəffəq olub.