Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Unikal.org xəbər verir ki, iclasda 6 məsələ müzakirə ediləcək. 

Bunlar “Müflisləşmə və iflas haqqında”  (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında  (üçüncü oxunuş), “Dövlət borcu haqqında”  (üçüncü oxunuş) qanun layihələrinə dəyişikliklərdir. 

Həmçinin iclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələlərə də baxılacaq.