Pandemiyaya baxmayaraq 2020-ci ildə yaxşı qazanc əldə edən şirkətlər məlum olub.

Unikal.org xəbər verir ki, sözügedən şirkətlərin çoxu texnologiya ilə bağlıdır.

Bu il bazar dəyəri və səhmləri ən çox bahalaşan şirkətlər, eləcə də onların artım faizi aşağıdakı kimidir:

"Tesla" (avtomobil istehsalçısı) — 700 faiz

"Moderna" (vaksin istehsalçısı) — 458 faiz

"Zoom" (onlayn konfrans platforması) — 426 faiz

"Bitkoin" (kriptovalyuta növü) — 270 faiz

"Biontech" (vaksin istehsalçısı) — 151 faiz

"Nvidia" (oyun istehsalçısı) — 122 faiz

"Apple" (elektron cihazlar istehsalçısı) — 87 faiz

"Amazon" (elektron ticarət platforması) — 77 faiz

"Netflix" (film platforması) — 60 faiz

"Facebook" (sosial şəbəkə) — 35 faiz