Ermənistanda yüksək rütbəli polis zabiti həbs olunub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsində çalışmış keçmiş polis məmuru, yüksək rütbəli polis zabiti  Sayat Şirinyana cinayət işi açılıb. Hazırda btidai istintaqı davam edir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əldə edilən dəlillərə əsasən,  zorakılıq tətbiq etmə, ictimai şiddət və ya şiddəti təbliğ etmə çağırışları ilə ittiham olunan Şirinyan həbs edilib. Araşdırmalar davam etdirildiyi deyilir.