44 günlük vətən müharibəsi zamanı adını qızıl hərflərlə tarixə yazdıran hərbçilərimizdən biri də İntiqam Mənsimli olub. 

Unikal.org xəbər verir ki, İntiqam Mənsimli Qarabağ müharibəsində öz sözünü deyən igidlərdən olub. Mühəribənin ilk günlərində ön cəbhədə vuruşub düşmənə sarsıdıcı zərbələr endirib. 

Tərtərin Kəngərli kənd sakini olan İntiqam Cəbhəyə yollanan zaman valideynlərinə "artıq vaxtdır, torpaqlarımızı azad etməyə gedirik" deyib. Torpaqlarımız azad olduda. O da gəldi. Amma azad torpağın şəhadətə yüksələn qəhrəman oğlu kimi.

İntiqam Mənsimli ağır döyüşlərdə düşmənin xeyli sayda canlı qüvəsini və texnikasını məhv edib. Hətta döyüşlər zamanı hərbiçi yoldaşlarınında bir neçəsinin həyatını xilas edib.

İntiqamın sonuncu döyüşü Talış Kəndi istiqamətində gedən döyüşlərdə olub