Şüvəlan çimərliyində güllə ilə vurulmuş üç suiti aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  Bildirilir ki, bu suitilər sahildə yox, dənizdə kütləvi ovun qurbanı olub. Ehtimal ki, onlar götürülməmiş ovun bir hissəsidir, dalğalar sahilə vurub.

Hadisənin başqa ölkədə baş verməsi də istisna edilmir.