Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Məmməd Fətəliyev 82 yaşında vəfat edib. 

Unikal.org xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Məmməd Böyükxan oğlu Fətəliyev 1973-cü ildən BDU-da çalışırdı. O, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri idi.