“Champions Chess Tour” çərçivəsində təşkil olunan onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Unikal.org xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.

Xatırladaq ki, yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.