Koronavirusdan dünyasını dəyişən veteran futbolçu Elbrus Abbasovun həyat yoldaşı Gülnar Abbasova da vəfat edib.

Unikal.org xəbər verir ki, o, dünən Elbrus Abbasov kimi eyni xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Elbrus Abbasov dekabrın 14-də vəfat edib. Son vaxtlaradək Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Abbasov AFFA nümayəndəsi kimi oyunlara təinat aıb. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra E.Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib.