DSX-nın zabiti, polkovnik- leytenant, Azərbaycan Güləş Federasiyasının vitse- prezidenti Firdovsi Umudov II Qarabağ döyüşünün qəhrəmanlarından, kapitan Nicat Bədəlovla görüşüb. 

Unikal.org xəbər verir ki,   F.Umudov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, göstərdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibətilə  Bədəlovu  təbrik edib.

DSX zabiti bir hərbiçi kimi, hər zaman ordumuzla, Azərbaycan əsgəri ilə qürur duyduğunu dilə gətirib:

"Müzəffər Azərbaycan ordusu Müzəffər ali baş komandanın rəhbərliyi ilə 44 gündə möhtəşəm qələbəyə imza atdı.
Biz xalq olaraq, idmançılar və hərbiçilər olaraq cənab prezidentin ətrafında sıx birləşmişik. Bu birliyin gücüdür ki, bu gün Azərbaycan möhtəşəm zəfərə imza atmaqla bütün dünyaya bir daha öz gücünü göstərdi. 
Sizin kimi hərbiçi qardaşlarımızla fəxr edirik.

Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyirik.

Qarabağ Azərbaycandır!"