İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana nüvə silahı istehsal etməyə icazə verməyəcəyini bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə Netanyahu "Twitter" səhifəsində paylaşım edib. İranın Fərdo şəhərində yerləşən stansiyada uranı 20 faiz zənginləşdirməyə başlamasına diqqət çəkən İsrail baş naziri hərbi bir nüvə proqramını inkişaf etdirən İranın bu addımını izahedilməz adlandırıb.

"İsrail İranın nüvə silahı istehsal etməsinə izn verməyəcək", - deyə Netanyahu əlavə edib.

Qeyd edək ki, nüvə razılaşmalarına əsasən, İran uranın zənginləşdirilməsini 4.5 faiz həddində saxlayırdı.