İndoneziyada ictimaiyyətin inamını artırmaq üçün koronavirusa qarşı ilk peyvəndin yanvarın 13-də Prezident Coko Vidodoya və Nazirlər Kabinetinin üzvlərinə vurulması planlaşdırılılr.

Unikal.org xəbər verir ki, bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin məlumat verib.

Nazir əlavə edib ki, bundan bir gün sonra digər rayonlarda da vaksinasiyanın başlanılması planlaşdırılır. Bu zaman əsas prioritet səhiyyə işçilərinə və yerli liderlərə veriləcək.

Qeyd edək ki, Prezident C.Vidodo dekabrın 16-da COVID-19 virusuna qarşı peyvəndin İndoneziya vətəndaşları üçün pulsuz olacağını elan edib. Bu ölkə dekabrın 6-da Çindən 1,2 milyon, 31-də isə daha 1,8 milyon peyvənd dozası alıb.