Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

Unikal.org-un məlumatına görə, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.