Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.

Unikal.org xəbər verir ki, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri təyin olunub.

Sərraf Hüseynov faktı təsdiqləyib. 

Qeyd edək ki, Sərraf Hüseynov (Balaxan) bundan əvvəl Azərbaycan Dillər Universitetinin rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri vəzifəsində çalışırdı.