ABŞ-da  ötən gecədən baş verən etiraz aksiyaları səngimək bilmir. 

Unikal.org xəbər verir ki,  sosial şəbəkələrdə etirazların arxasında "Proud Boys"  qrupunun fotosu paylaşılaraq, onların etirazlara güc tətbiq etdiklərini bildiriblər. 

"Proud Boys" (Qürurlu oğlanlar) necə yaranıb və kimlərdir? Belə ki, "Proud Boys"la bağlı araşdırmamızı təqdim edirik:

- Kanada-İngilis sağçı fəal Gevin Maklannes (Gavin Mclnnes) tərəfindən 2016-cı ildə qurulan Proud Boys, ifrat sağçı anti-immiqrant qrupudur. Qrupun adı Disney filmi "Ələddin"-in musiqili versiyasından istifadə olunan bir mahnıdan qaynaqlanır. 

- Qrup üzvlərinin əksəriyyətinin şiddəti keçmişi var. Yəni şiddətə meyilli topluluqdur. 

- Trampçı fikirləri və ənənəvi gender rollarının müdafiəçiləri olan qrup üzvləri, özlərini qərbli şovinistlər kimi qələmə verirlər.

- Üzvlər adətən sarı zolaqlı qara köynəklər və "Make America Great Again" şlyapaları geyinirlər.