Ukraynada "Hitler" ləqəbli ekstremist saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın Kristçörç şəhərində 2 məscidə sülahlı hücum təşkil edərək 51 nəfəri öldürən, 49 nəfəri isə yaralayan Brenton Tarrantın fikirlərini yayan ekstremist həbs edilib. 

Neo-Nasist ideyalara malik olan şəxsin "Hitler" ləqəbi ilə tanındığı üzə çıxıb. Bu şəxsin irqçi məzmunlu təbliğat mətnlərini internet üzərindən rus və ukrayn dillərində yaydığı təsbit olunub. Araşdırmalar nəticəsində onun törətdiyi bir sıra cinayətlər üzə çıxıb. Hazırda təhqiqatlar davam etdirilir.